Növbəti “Qızıl buts”
Madrid “Real” ın hücumçusu Kriştianu Ronaldoya “Qızıl buts” mükafatı təqdim olunub. Xarici KİV-ə istinadən verilən məlumata görə mükafat Avropa çempionatlarının ən yaxşı bombardirinə verilir.
K.Ronaldo mükafatı “Barselona” nın hücumçusu Luis Suareslə bölüşməli olub. Çünki hər iki futbolçu bir mövsümdə 31 qol vurub.
Qeyd edək ki, Ronaldo daha əvvəl iki dəfə “Qızıl buts”a layiq görülmüşdü. 2008-ci ildə “Mançester Yunayted”in heyətində, 2011-ci ildə isə Madrid “Real” ında adı çəkilən mükafat portuqaliyalı futbolçuya təqdim olunmuşdu.
()