Novruz bayramında hava necə olacaq?

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 

media-banner_tkm

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Novruz bayramında hava necə olacaq?

media-hightechnic-468x90

dfcdsvfvEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Novruz bayramı və istirahət günlərində Azərbaycan ərazisində gözlənilən hava proqnozunu açıqlayıb.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva   açıqlamasında deyib ki, martın 20-də gün ərzində ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Onun sözlərinə görə, buna baxmayaraq yenidən cənub küləyinin, xüsusən də gündüz saatlarında güclənəcəyi proqnozlaşdırılır. Martın 21-də isə cənub küləyi güclü şimal küləyi ilə əvəz olunacaq. Günün ikinci yarısında başlayaraq respublikanın ayrı-ayrı rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır. Güclü küləkli, qeyri-sabit hava şəraiti martın 22-si gündüzədək davam edəcək. Martın 22-də paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədə aşağı enəcək. Bu da davamiyyətli şimal küləyinin əsməsi ilə əlaqədardır. Belə ki, martın 20-də və 21-də günün birinci yarısında paytaxtda 11-16 dərəcə isti, martın 22-də isə havanın temperaturu 6-11 dərəcə isti olacaq”.

U.Tağıyeva qeyd edib ki, martın 23-dən başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək, havanın temperaturu norma daxilində olacaq, mülayimləşəcək. Xoş və yağmursuz hava şəraiti martın 26-dək bərqərar olunacaq.

apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05