“Novruz oyanış bayramıdır” – Türkiyənin Bakıdakı səfiri – Özəl

media-hightechnic-468x90

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

TRT AVAZ kanalının 8-ci ildönümünə həsr olunmuş tədbirdə Yeniçağ.Az-a açıqlama verən səfir Özoral iki əlamətdar hadisənin birlikdə qeyd edilməsinin qürurverici olduğunu deyib:

“Novruz oyanış bayramıdır, belə bir gözəl bayramda TRT AVAZ kanalının 8-ci ildönümünü və Novruz bayramını qeyd edirik. Bu bayram çoşqusu bütün dünyaya yayımlandı. Azərbaycan və türk xalqını bayram münasibətilə təbrik edirəm”.

Xatırladaq ki, TRT AVAZ kanalının 8-ci ildönümü və Novruz bayramı münasibətilə Heydər Əliyev Mərkəzində “Novruz Qala 2017” adlı konsert keçirilib.

 

Cəvahir Səlimqızı
Yeniçağ.Az

Fotolar: Aydın

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600