Noyabrda qiymətlər artıb

media-hightechnic-468x90

5HX17E5Noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz artıb. Ötən ay birillik bitkilərin istehsalçı qiymətləri 6, diri heyvanlar və heyvandarlıq məhsullarının qiyməti isə 2,6 faiz artıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,3 faiz azalıb.

Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlər 15,3, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlər 10,1, buğda 0,4, qarğıdalı 0,1, badımcan 28,6, pomidor 24,4, xiyar 4,2, kartof 3,2, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz artıb, arpanın istehsalçı qiymətləri isə 1,6 faiz azalıb.

Çoxillik bitkilərdən feyxoa 36,7, xurma 2,4, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz azalıb, armud 27,4, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz artıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurta 11,1, süd 8,0, quş əti (diri çəkidə) 1,4, təbii balın istehsalçı qiymətləri 0,3 faiz artıb, mal ətinin (diri çəkidə) 6,7, diri qoyun və keçilərin 1,0, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz azalıb.

(deyerler.org)

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600