Qazaxıstanın “Air Astana” aviaşirkəti ölkədə fövqəladə vəziyyətlə əlaqədar müvəqqəti dayandırdığı uçuşları bərpa edib.
Yenicag.az-ın məlumatına görə, aviaşirkətin Bakıya uçan təyyarəsi Nur-Sultandan saat 11:35-də (GMT+6) havaya qalxıb.
Qeyd edək ki, bundan əvvəl aviaşirkət iki dəfə – yanvarın 6-da və 9-da Bakıya uçuşları təxirə salmağa məcbur olmuşdu.
www.yenicag.az