!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nurməhəmmədov ilə bağlı gözlənilməz qərar - "Döyüşə bilməyəcək"

!Reklam – Yazi

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə “UFC”-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə “UFC”nin prezidenti Deyna Uayt bildirib.

D.Uayt deyib: “Həbib cərimələnə və ya diskvalifikasiya edilə bilər. Əgər o uzun müddətlik diskvalifikasiya edilərsə, əlbəttə ki, biz onu tituldan məhrum edəcəyik. Əlbəttə, sanksiyalar olacaq. Ayaqları ilə kütləyə tullanan oğlan daha burada döyüşməyəcək”.

“UFC”nin prezidenti əlavə edib ki, rusiyalı döyüşçü keçirdiyi döyüşə görə 2 milyon dollar məbləğində qonorarı araşdırmanın sonuna qədər almayacaq: “Ona döyüşün ödənişli izlənilməsindən əldə olunan gəlirlərdən də faiz verməyə bilərlər. Əgər atletik komissiya ona yüngül cəza verərsə, mən buna çox şübhə edirəm, onda biz bu məsələyə qayıdacağıq”.

Onun sözlərinə görə, o kəməri H.Nurməhəmmədova tamaşaçılar arasında yeni toqquşmaların baş verməsindən qorxduğu üçün oktaqonda verməyib: “Həbib mənə dedi ki: “Məni həbs edin, amma kəməri verin”. Mən bütün bunlara görə bu çox məyusam -biz belə etmirik”.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində “UFC-229” çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq “UFC” çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. İnsident zamanı H. Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən saxlanılıb. Ara sakitləşəndən sonra “UFC”-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib./Trend/

COP29

www.yenicag.az

10267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv