“Türkiyə tək ürək” kampaniyasında olmaması diqqət çəkən dünyaca məşhur qəssab Nüsrət Gökçə sosial media hesabında paylaşım edib.
Yenicag.az xəbər verir ki, o, AFAD-a 25 milyon TL ianə etdiyini açıqlayıb. Gökçə paylaşımında dünyaya səslənərək hamını Türkiyəyə köməyə çağırıb. Zəlzələlərdən sonra bölgədə mətbəx quraraq yemək paylayan Nüsrət Gökçə deyib:
“Bəli. Buradan bütün dünyaya səslənirəm. Bu gün o gündür. Acımız böyükdür. Birlik zamanıdır. Türkiyəmiz üçün. Nüsrət markası olaraq 25 milyon TL ianə edirik”.
www.yenicag.az