"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
“Sent Ceyms Park” stadionunda baş tutan maraqlı mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə görə (cəmi: 9:3) rəqibinə məğlub olan Ağdam təmsilçisi bu mövsüm avrokuboklardakı çıxışını pley-off mərhələsində tamamlayıb.
Qeyd edək ki, “Nyukasl” növbəti mərhələdə – 1/8 finalda “Barselona” və ya “Çelsi” cütlüyündən biri ilə qarşılaşacaq.
***
Matç bitdi.
***
56-cı dəqiqədə təmsilçimiz penaltini qeyr-dəqiq yerinə yetirsə də, ikinci zərbə ilə Elvin Cəfərquliyev adını tabloya yazdırmağı bacarır.
***
52-ci dəqiqədə Sem Botman ingilislərin 3-cü qolunu vurur.
***
50-ci dəqiqədə Kamilo Duran təmsilçimizin ilk qolunu vurur.
****
6-cı dəqiqədə Joelinton hesab arasında fərqi artırır.
***
5-ci dəqiqədə meydan sahibləri hesabı açır. Sandro Tonali fərqlənir.
***
Matç başladı.
***22:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin “Nyukasl” və “Qarabağ” kollektivlərinin start heyətləri bəlli olub.
Yenicag.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub.













