“O başa düşdü ki, kimsə onun blef kartı ilə oynayır”

media-hightechnic-468x90

mubarizehmedoglu_flesDünən Ermənistanın müxalifətdə olan “Çiçəklən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan partiya sədrliyindən istefa verdiyini və aktiv siyasətdən getdiyini açıqlayıb. O, partiyanın parlament fraksiyasının rəhbəri postunu da tərk edib. Ermənistan parlamentinin deputatı Naira Zohrabyan isə partiyanın yeni sədri seçilib. Zohrabyan sədr kimi açıq şəkildə “Çiçəklən Ermənistan”ı müxalifətdə olan partiya elan edib və konstitusiya islahatları ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb. Bu məsələni şərh edən politoloq Mübariz Əhmədoğlu Ermənistanda baş verənləri siyasi oyun adlandırıb.

O qeyd edib ki, sabiq sədr Qaqik Tsarukyan əslən irəvanlıdır və Qarabağ klanı kimi Ermənistan prezidenti Serj Sarkisyan onu əzməyə çalışır: “Tsarukyan Moskvayla əlaqələr quraraq Ermənistana qayıtdı. O varlı sədr idi, şəxsi TV və bir neçə saytı var idi. Tsarukyan İrəvana qayıtdıqdan sonra Moskvanın adından danışaraq Serj Sarkisyanı qorxutmağa başladı. Sarkisyan isə “akademikdir”. Moskvanın, Vaşinqtonun da blefini bilir. O başa düşdü ki, kimsə onun blef kartı ilə oynayır. Buna görə də Tsarukyanı əzdi”.

Politoloq qeyd edib ki, maraqlısı odur ki, Qərb təşkilatları buna heç bir reaksiya vermədi. M.Əhmədoğlu bildirib ki, Ermənistanda tarix təkrarlanır: “Bu proseslər Ermənistanda 1934-36-cı illərdə baş verənləri xatırladır. Bir gecə içərisində Sarkisyan Tsarukyanın 5 tərəfdarını tutdurub. Həmin tutulanların arasında Ermənistanın sabiq XİN rəhbəri, partiyada ikinci adam hesab edilən Vardan Oskanyanın da oğlu var idi. Sarkisyan Tsarukyanın strukturlarını bağlatdırdı. Bu qaydada Qarabağ klanı fəallıq göstərən bir yerevanlını sıradan çıxartdı. Bundan sona neçə yerevanlı fəallıq etsə, Sarkisyan hamısını əzəcək”.

Politoloq sonda vurğulayıb ki, eyni zamanda Moskva da Tsarukyanın istefasında maraqlı idi: “O Moskvanın adamı kimi partiya yaratdı. Lakin Vardan Oskanyana qoşularaq həm Qərb, həm Moskva ilə işləməyə başladı. Moskva isə belə davrananları bəyənmir”(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600