“O heç mənim gözümə görünmür”

media-hightechnic-468x90

13040“Cəmil Quliyev kimdir ki, məndən xoşu gəlməsin. O heç mənim gözümə görünmür. Bilirsən necədir, ola bilsin həyatdır da, o da zəmanənin yetirməsidir. Amma bunun mənə yaxşı, ya pis münasibət bəsləməyi heç nə demir. Çünki o nə rejissordur, nə bilim kimdir. Dediyim odur ki, onun mənə münasibətinin heç bir dəxli yoxdur. Heç o məni, qətiyyən, narahat eləmir”.

Bunu  Rasim Balayev İTV baş direktoru Cəmil Quliyevin ona münasibətini şərh edərkən deyib.

R.Balayev bildirib ki, o, heç kimə qarşı olmayıb:

“Amma olur da insanın kiməsə qarşı paxıllıq hissi var. Bilirsən, qurban olduğum Allah elə yaradıb ki, hərənin dünyada yaxşı və ya pis yeri var. O gəlib ömrünü sürüb gedir, bəzisi rəhmət qazanır, bəzisi qazanmır. Vəssalam”.

Xatırladaq ki, vaxtilə Rasim Balayev və Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunublar. Sonradan tərəflər arasında fikir ayrılığı yaranıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa