!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O tip məmurları vəzifədən çıxardıqdan sonra darıxmamaları üçün başqa işə təyin edirlər” – REPLİKA

!Reklam – Yazi

“Bizim bu kadrlar sanki adları “qızıl fond”a yazılmış insanlardır, işsiz qalsalar, ürəkləri partlayar”.

Bu fikirləri Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun vəzifədən azad edildikdən sonra baş nazirin müşaviri təyin olunmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, vəzifədən çıxarılan iri məmurların “göz qabağında” olmaları daha münasibdir:

“Elman Rüstəmov bank sektorunda uzun müddət işləyib, hətta bizim hakimiyyət dövründə də bu sahədə çalışıb. Onun barəsində verilən qərarlar da prezidentin səlahiyyətində olan məsələdir və dövlət başçısı kadr islahatlarını davam etdirir.

Digər tərəfdən, bizim bu kadrlar sanki adları “qızıl fond”a yazılmış insanlardır, onları işsiz qoymaq olmaz, boş qalsalar, ürəkləri partlayar. Elman Rüstəmov və başqa məmurların geniş maddi imkanları var.

Təki o imkanlardan bu xalq üçün də istifadə etsinlər. Onsuz da xaricə çıxarılmış pulların başı gec-tez bağlanacaq. Qoy o pulları ölkəyə qaytarsınlar, yeni iş yerləri açsınlar. Öləndə özləri ilə nə aparacaqlar ki…

Görünür, o tip məmurları vəzifədən çıxardıqdan sonra darıxmamaları üçün başqa işə təyin edirlər. Onların iş prinsipi belə olub ki, katibənin üzünə baxsınlar, onlara çay gətirtsinlər. Bu olmasa, onlar üçün darıxdırıcı keçər. İşdən çıxarılan məmurlara yeni vəzifə verilməsə, daha yaxşı olar. Amma verilirsə, yəqin ki, onlara da ehtiyac var.

Başqa bir məsələ də var ki, onları boş qoysalar, əllərindəki pullarla xaricə qaçıb o maliyyəni müəyyən dairələrə xərcləyə bilərlər. Ona görə də ən yaxşısı odur ki, burada göz qabağında olsunlar”.

A.Zeynalov

www.yenicag.az

1778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv