Reklam

Reklam

87665ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu bildirib.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Foreign Policy nəşri məlumat yayıb.

“ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim müsəlman əhalimiz özünü amerikalı kimi hiss edir. Avropanın bəzi hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük təhlükədir”, deyə ABŞ prezidenti qeyd edib.

Fransa, Belçika və Almaniyada ehtimal olunan silahlıların həbsini şərh edən Barak Obama qeyd edib ki, Avropa ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll etməməlidir.

Qeyd edək ki, yanvarın 16-da Ağ Evdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib. Görüşdə beynəlxalq siyasətə dair bir sıra aktual məsələlər müzakirə olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."