!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öcalan PKK-ya SƏSLƏNƏCƏK? – “Türkiyə bu silah buraxma çağırışına müsbət cavab versə də...”

!Reklam – Yazi

“HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə sürətlə dəyişikliklərin baş verdiyini gördük. İsrailin təhlükəsizlik məqsədilə İranın bölgədəki proksi müharibəsini aparan HƏMAS və “Hizbullah”a qarşı başladığı mübarizədə bu iki təşkilatı zəiflətməsi diqqət çəkir. Daha sonra Suriyada gözlənilməz şəkildə İran və Suriya tərəfindən dəstəklənən Əsəd rejiminin devrilməsindən sonra Fəratın şərqində ABŞ və İsrailin dəstəklədiyi terror qruplaşmalarının muxtariyyət və dövlətləşmə tələbləri gündəmə gəldi”.

Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik PKK-nın həbsdə olan sözdə “lideri”i Abdullah Öcalanın bu gün terror təşkilatının silahı yerə qoyması ilə bağlı çıxış edəcəyi haqqda yayılan iddialara münasibət bildirib.

H. OKtaya görə, bu kontekstdə Türkiyə PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlar apararaq, HƏMAS və “Hizbullah” kimi 1970-ci illərdən qalan marksist terror təşkilatlarının da ləğv edilməsi prosesinə start verdi:

“İndi Abdullah Öcalandan təşkilatına silahları yerə qoyması və düşüncə tərzini dəyişdirərək Türkiyə ilə birlikdə hərəkət etməsi barədə tövsiyə verməsi gözlənilir. Bu məsələ ilə bağlı DEM Partiyası son iki ayda müxtəlif dairələrlə görüşlər keçirib. Son olaraq, Şimali İraqda Barzani və Təlabani ailələri ilə bir araya gələrək yeni prosesi müzakirə ediblər. DEM Partiyası İraqdan qayıtdıqdan sonra Abdullah Öcalanla yenidən görüşərək bu gün geniş bir mətbuat konfransı keçirməyi planlaşdırır”.

Həmsöhbətimizin fikrincə, gözləntilər ondan ibarətdir ki, Abdullah Öcalan təşkilatın buraxılmasına və silahların yerə qoyulmasına dair qərar verəcək ki, bu da Türkiyə daxilində qanuni, demokratik mübarizə yolunun açılmasını təmin edəcək:

“Əgər bu, baş verməsə, Türkiyə bundan sonra terrora qarşı apardığı mübarizəni həm ölkə daxilində, həm də xaricdə daha da gücləndirəcək. Lakin ümumi gözlənti odur ki, marksist köklərə malik bütün terror təşkilatlarının ləğvi prosesi çərçivəsində PKK da bu reallığı qəbul edərək, silahlı mübarizəni davam etdirmək əvəzinə Türkiyə dövlətindən əfv istəməyi və adi vətəndaş kimi həyatını davam etdirməyi seçəcək. Türkiyə bu silah buraxma çağırışına müsbət cavab versə də, İraq və Suriyada bu proses müəyyən müddət davam etməyə bilər. Ancaq belə olan halda, Türkiyə Suriyaya hərbi əməliyyat keçirmək seçimini nəzərdən keçirəcək, çünki artıq terrorla mübarizəni kökündən həll etmək istəyir”.

Rafi Müslümov

www.yenicag.az

93
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv