Öcalanla bağlı ilginc xəbər yayıldı
Şimali İraq Regional Kürd Parlamenti üzvlərindən Heval Kvestaninin Abdullah Öcalanın “Nobel Sülh Mükafatı”na namizədliyinin qəbul edildiyi iddiasına mükafat komitəsindən təkzib verilib.
Norveçin paytaxtı Osloda yerləşən Nobel Komitəsi “Abdullah Öcalanın namizəd göstərilməsi və siyahida yer alması barədə fikir bildirmək mümkün deyil. Bəziləri Öcalanın namizədliyinin qəbul edildiyi istiqamətində xəbər yaysa da, bu, tamamilə uydurmadır”, – deyə məsələyə münasibət bildirib.
Xatırladaq ki, Kvestani 18 İyul 2013-cü il tarixdə Öcalanın “Nobel Sülh Mükafatı” namizədliyi üçün Nobel Komitəsinə müraciət etdiyini və qısa müddət sonra da komitədən namizədliyinin qəbul edildiyinə dair cavab aldığını bildirmişdi(axar.az).