Odessaya kütləvi dron hücumu: 2 nəfər ölüb, 14 yaralı var

media-hightechnic-468x90

Aprelin 24-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

media-banner_tkm

Yenicag.az bildirir ki, APA bu barədə UNİAN-ın məlumatına istinadən xəbər veri. Bildirilir ki, şəhər gecə ərzində bir neçə dəfə dronlarla hədəf alınıb.

PUA-ların yaşayış məntəqələri üzərində uçduğu bildirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə idarəsindən verilən məlumata əsasən, hücumlar nəticəsində ilkin məlumatlara görə 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Zərbələrin əsasən yaşayış binalarına və mülki infrastruktura yönəldiyi qeyd olunur.

Hücum zamanı 3 mərtəbəli yaşayış binasına düşən zərbə nəticəsində mənzillər dağılıb və yanğın baş verib.

Bu hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bundan əlavə, iki 2 mərtəbəli yaşayış binası da dağılıb. Ərazidən 1 nəfər xilas edilib, 20 nəfər, o cümlədən 2 uşaq təxliyə olunub.

Bu istiqamətdə daha 7 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05