Ofisini sidiklə təmizlədən Baba Rzayev Londona "yelkən açır": Kürəkəni ad günündə şirkət açdı - FOTO

media-hightechnic-468x90

“AzərEnerji”nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda “ALUFAR UK LIMITED” şirkətini qeydiyyatdan keçirib.

Sənədlərə görə, şirkətin direktoru Vüqar Axundov adlı şəxs, benefissiarı isə Fərid Fərhadzadədir.

O, yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib.

Şirkətə 25120 fəaliyyət kodu, metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə, əsasən, müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğludur.

Qeyd edək ki, “Azərenerji”nin rəhbəri Baba Rzayevin falçı və ektrasenslərin fəaliyyətindən bəhrələndiyininə dair iddialar var. Onun cadudan qorunmaq üçün sidiklə ofisini təmizlətməsi geniş əks-səda doğurmuşdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa