Oğlu Mətanəti QINADI: “Deyir, heç olmasa, bir dəfə…”
“Oğlum Kərim mənə deyir ki, ana, bu qədər dostların üçün nələrsə etmisən, sən də arada onları sına”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Mətanət İsgəndərli “İncə Səhər” verilişində deyib.
Dostları üçün canından keçməyə hazır olduğunu söyləyən sənətçi bir dəfə də olsun onlardan dəstək istəmədiyni bildirib:
“Məndə yoxdur axı, zəng vurum, kimdənsə nə isə istəyim. Oğlum deyir ki, ana, bu qədər dostların üçün nələrsə etmisən, sən də arada onları sına. Gör, sənə kim dəstək olacaq? Tanı, gör, səni həqiqətən sevənlər kimdir? Deyir, onlar üçün canını qoymusan, kim toya çağırıb getmisən, kim hara çağırıb getmisən. Getdiyim toyların 30 faizi təmənnasız olub. Bu qədər canını qoymusan dostların üçün, sən də sına, tanı, burada bilinəcək səni həqiqətən sevənlər kimlərdir. Gör, onlar sənin üçün nə edəcək?”
Nehru