Oğlunun sinif yoldaşını öldürdü
Rusiyada məktəblinin ölümünə səbəb olan 36 yaşlı azərbaycanlı saxlanılıb.
Moskvada 10 yaşlı oğlan yaşadığı evin pəncərəsindən özünü atıb. Hadisə yerinə gələn polislər günahkarı dərhal tapıblar.
Məlum olub ki, məktəblinin sinif yoldaşının atası onu təhdid edirmiş. Valideyn etiraf edib ki, 4-cü sinifdə oxuyan uşağını incitdiyi üçün onu hədələyib. Faktla bağlı “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. azərbaycanlını 3 il həbs cəzası gözləyir.