Oğurluq edən şəxslər yaxalandı
Xaçmaz rayonu ərazisində yaşayış evlərindən oğurluq edən qruplaşmanın üzvləri saxlanılıb.
Yenicag.az apa-yaistinadən bildirir ki, Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində silsilə oğurluq edən 3 nəfər həbs edilib. Bu ilin yanvarın 23-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Vüsal Baratovun evindən 2 min manat pul, həmçinin qızıl-zinət əşyalarını Xaçmaz rayon sakinləri 28 yaşlı Yaşar Nəcəfov və iki qardaş – əvvəllər məhkum olunan 26 yaşlı Taleh və 24 yaşlı Tural Süleymanovların oğurladığı müəyyənləşib. Onlar həbs olunaraq istintaqa təhvil verilib.
Aparılan araşdırmalar zamanı həmin şəxslərin rayon ərazisində silsilə oğurluqlar törətdiyi məlum olub. Onların daha 5 rayon sakininə məxsus xeyli miqdarda pul və qızıl-zinət əşyalarını, ev avadanlıqlarını oğurlaması faktları aşkara çıxıb.
Qrup üzvlərinin vətəndaşlara ümumilikdə 9 min manatdan artıq maddi ziyan vurduğu bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.