Oğuzda azyaşlı uşağı maşın vurub: vəziyyəti ağırdır

Oğuzda azyaşlı uşağı maşın vurub

Yenicag.az xəbər verir ki, hadisə rayonunun Padar kəndində baş verib.

Belə ki, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində həmin kənd sakini, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirov “Opel”markalı avtomobil tərəfindən vurulub.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 5 yaşlı R.Məzahirovun vəziyyəti ağır olduğu üçün Şəki rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo/

COP29