Öldürülən prokuror haqda ilginc faktlar

media-hightechnic-468x90

82877Öldürülən prokuror Alberto Nisman ölkə prezidenti və xarici işlər nazirinin həbs edilməsinə nail olmaq istəyirdi.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu argentinalı prokurorun ölümünü araşdıran müstəntiq bildirib.

Argentinalı prokuror Alberto Nisman yanvarın 18-dən 19-a keçən gecə başından silah yarası ilə öz evində ölü tapılıb. Buna bir neçə gün qalmış o, prezidenti və xarici işlər nazirini yəhudi mədəniyyət mərkəzində partlayış hadisəsini araşdırmağa mane olmaqda ittiham etmişdi.

Prokuror iddia edirdi ki, onda telefon danışıqlarının səs yazısı var. Həmin danışıqlarda hakimiyyətdə olan adamlardan biri Argentina üçün sərfəli ola biləcək danışıqlar aparırdı. Həmin danışıqlarda “neft əvəzinə taxıl tədarükü” müzakirə edilirdi. Gizli razılaşmanın şərtlərindən biri də Argentinanın axtardığı və terror hadisəsində günahlandırılan 5 iranlının məsuliyyətdən azad edilməsi olub.

Qeyd edək ki, öldürülməsindən bir gün sonra prokuror Alberto Nisman milli konqresdə əlində olan dəlilləri təqdim etməli idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600