Ölənlərin sayı arta bilər
Adriatik dənizində yanan “Norman Atlantik” gəmisində baş vermiş hadisə zamanı ölənlərin sayı arta bilər.
Hadisə ilə əlaqədar istintaq aparan italiyalı prokuror Cüzeppe Volpe belə bir açıqlama verib. Volpe gəminin göyərtəsində olan insanların sıyahısına istinad edir. Siyahıda adı olan lakin xilasetmə əməliyyatları zamanı üzə çıxmayan onlarla insan var.
Onların gəmiyə, ümumiyyətlə, minmədiyi və ya qəza zamanı ölüb-ölmədiyi məlum deyil. İndiyə qədər azı 12 nəfərin meyiti aşkarlanıb. Gəmidə, eyni zamanda, qanunsuz mühacirlərin gizləndiyinə dair şübhələr yaranıb. Gəmidən, ümumiyyətlə, 400-dən çox insan xilas olunub.
“Norman Atlantik” ötən həftəsonu Yunanıstanın Korfu adası sahilində yanmağa başlamışdı.
(anspress.com)