Olimpiya oyunlarında millimizin rəqibləri müəyyənləşdi

media-hightechnic-468x90

3×3 basketbol üzrə qadın millimizin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün 12-14 aprel tarixlərində baş tutacaq ilk təsnifat oyunlarında, qrupdakı rəqibləri bəlli olub.

Yenicag.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi ilk təsnifat oyunlarında, yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq.

Honkonqda keçiriləcək qrup oyunlarında, qruplarda ilk iki pilləni tutmuş komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Daha sonra yarımfinallarda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv isə Olimpiadaya vəsiqə qazanacaq.

İkinci təsnifat oyunları isə 16-19 may tarixlərində Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda qərarlaşmış millimiz, Almaniya, Polşa və Tunis yığmaları ilə üz-üzə gələcək. Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifat mərhələsində, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. İlk təsnifat mərhələsində olduğu kimi, bu təsnifat mərhələsində də 1/4 finalda qalib olmuş komandalar 1/2 finala və daha sonra isə finalın qalibi Olimpiadaya vəsiqə qazanacaq./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600