Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46 544 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.
Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olub.
www.yenicag.az