!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkədə o qədər camış yoxdur…” - Qatıq bilib yediyimiz nədir? - VİDEO

!Reklam – Yazi

İddialara görə, camış qatığı adı ilə satılan məhsullar quru süd, nişasta və müxtəlif qatqılardan hazırlanır. Amma paytaxt bazarlarında, məhəllə marketlərində, yol kənarlarında, hətta maşınlarla məhəllələrə qədər aparılıb satılan belə məhsulların məhz rayonlardan, kəndlərdən gətirildiyi deyilir. Üzərində istehsal tarixi, saxlanma müddəti, sağlamlığa yararlı olub-olmaması ilə bağlı hər hansı qeyd olmadığından istehlakçılar satıcının şifahi təminatı ilə kifayətlənməli olur.

Yenicag.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan və antisanitar şəraitdə hazırlanan qida məhsullarını almamağı tövsiyə edir.

Satıcılar da “qatığı bizim üçün gətirirlər, satanlardan alıram. Bilmirəm hardan gətirirlər” deyir.

Məsələ ilə bağlı ASA-nın sədri Samir Eyyubov ARB TV- ə quru süddən və müvafiq kimyəvi elementlərdən istifadə edildiyini bildirib.

“Ölkədə o qədər camış yoxdur ki, göstərilən sayda camış qatığı və yaxud camış südü təklif olunsun bazara. Burda istənilən məhsulu quru süddən və müvafiq kimyəvi elementlərdən əlavə edilməsi ilə hazırlamaq olar. Hazırda da dünyada bundan çox aktiv istifadə edilir, həmçinin də Azərbaycanda”, – Samir Eyyubov qeyd edib.

AİB sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirib. O qeyd edib ki, qatqılar təhlükəlidir: “Camış qatığı, eləcə də adi inək qatıqları quru süddən, Bakının ətrafında o selofan torba yeyən inəklərin südündən hazırlanır və s. Bu cür qatıqlar təhlükəlidir. Nə desən onun içində, kraxmal, düyü unu, və s. o cümlədən salfetkanın da olması istisna olunmur”.

AQTA-nın şöbə müdiri Əkbər Əliyev qeyd edib: “Süd məhsulları xüsusi risk qrupuna daxil olan məhsullardır. İnsanlar bunu alarkən diqqətli olmalıdır. Çünki süddən bir çox xəstəliklər insanlara keçə bilər. Biz bilmirik həmin süd hansı təsərrüfatdan alınıb, həmin inək sonuncu dəfə hansı xəstəliklər keçirib. Ona hansı dərmanlar tətbiq olunub. Hansı preparatlar tətbiq olunub”.

Vətəndaşların satış müəssisələrində satılan süd və süd məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.

COP29

www.yenicag.az

1721
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv