Ölkəmiz İsveçdə təmsil olunub

media-hightechnic-468x90

загруженное (15)Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İsveçin Höteborq şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edib.

Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn  bildirib ki, sərgi çərçivəsində İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Noisteads Nəşr evinin nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtib və nəşr məsələləri müzakirə edilib. Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç beynəlxalq kitab sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə də yer ayrılacağı bildirilib. (azertag.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa