Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən “Xəzər” klubunda yeni təyinat rəsmiləşib.
Yenicag.az xəbər verir ki, klubun sosial media və marketinq meneceri vəzifəsinə Rəhim Əliyev təyin olunub.
Qeyd edək ki, Rəhim Əliyev ölkəmizdə “Formula-1” yarışını ilk dəfə təbliğ edən, ilk F1 saytı açan şəxsdir, O, 20 ildən çoxdur ki, bu oyunları şərh edir. Əliyev, eyni zamanda Azərbaycan Qran Prisinin rəsmi səfiridir.
Görünür, F1 eksperti işsizlikdən futbol klubuna keçməyə məcbur qalıb.
www.yenicag.az