Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaç Makine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.” müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper, Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiya nömrəli) partiyasından nümunələr götürərək müayinə ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, sınaq nəticəsinə əsasən məhsulun tərkibində vitamin E və sink qlükonatın miqdarının normativlərə uyğun olmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.
www.yenicag.az