Ölümdən dönən İLKİN: “Möcüzə nəticəsində sağ qaldım”
“Məni sel aparıb, möcüzə nəticəsində sağ qalmışam”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, xanəndə İlkin Əhmədov “Xəzər axşamı” verilişində deyib.
O, uşaq yaşlarında ölümün pəncəsindən necə qurtulduğu barədə xatirələrini bölüşüb:
“5 yaşım olanda Cəbrayıl rayonunda məni sel aparıb. Həmin vaxt möcüzə nəticəsində sağ qalmışam. Kəndimizdən qarşı tərəfə keçmək üçün sel sularının axdığı çayın üzərindən keçmək lazım idi. Orada kəndsayağı, taxtadan düzəldilmiş körpü var idi. Yanımda məndən yaşca böyük, dəcəl bir nəfər var idi; o, körpünü ləngərlətdiyi üçün müvazinətimi itirib çaya yıxıldım. Məni sel apardı, yalnız kəndin qurtaracağında sudan çıxara bildilər. Daxilimə həddindən artıq su dolmuşdu, boğulurdum. Təcili xəstəxanaya çatdırdılar. Həmin hadisədən sağ çıxmağım həqiqətən bir möcüzə idi”.
Nehru













