Meyxanaçı Aydın Xırdalanlının Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalması barədə yayılan məlumat meyxanaçını qəzəbləndirib.
Yenicag.az-a açıqlama verən Xırdalanlı qəzəbini belə ifadə edib:
“Xəbər yayılıb ki, guya son anda qurtulmuşam. Mən məgər şərəfsizəm ki, diri-diri yanan insanları qoyub qaçım? Mən orada 8 gün əvvəl müalicə olunmuşam. Bayaqdan özümə gələ bilmirəm. Hamı narahatdır, zəng edib ağlayırlar. Başa sala bilmirəm ki, yanğın zamanı orda olmamışam. Mənim barəmdə belə xəbərlər yaymayın, insanların gözündən düşmək istəmirəm”.
Xatırladaq ki, bu gün Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Tanınmış meyxanaçının da həmin yanğından son anda qurtulduğu barədə xəbərlər yayılıb.
Cəvahir
www.yenicag.az