Ombudsman “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak etdi - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində keçirilmiş “Sükuta məhkum edilən səslər” adlı tədbirdəiştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxışı zamanı Müvəkkil dahi yazıçı və dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında görkəmli ədiblərimizdən biri olduğunu bildirib.
Ombudsman repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü iləədibin ata-baba torpağı olan Naxçıvana gətirilməsininmühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müvəkkil öz əzəli torpaqlarından didərgin düşmüşsoydaşlarımızın təməl hüquqlarının bərpası istiqamətindəqəbul olunmuş Qayıdış Konsepsiyasının Prezident İlham Əliyev tərəfindən insan hüquqlarına verilən ali dəyərin, həqiqət uğrunda repressiyalara məruz qalmış Hüseyn Cavid və onun timsalında minlərlə soydaşımızın haqq səsinin müdafiəsinin bariz göstəricisi olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Ombudsman Səbinə Əliyevaya “Hüseyn Cavidin epistolyar irsi” kitabı təqdim olunub.