Ömər Yıldız: "100 il öncəki yolu özümüzə üfüq olaraq qəbul edirik"
Yunus Əmrə İnstitutu rəhbərinin müavini Ömər Yıldız Bakıda keçirilən Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş anma proqramı çərçivəsində Yenicag.az-a açıqlama verib.
Ömər Yıldız bildirib ki, bu tədbir həm keçmişin mirasını yad etmək, həm də gələcək nəsillərə daha güclü bir elmi zəmin ötürmək baxımından böyük əhəmiyyət kəsb edir:
“100 il öncə Türk dünyasının dörd bir yanından bura gələn elm insanlarının bizlər üçün cızmış olduğu yolu özümüzə bir üfüq olaraq qəbul edirik. Məqsədimiz gələcəyi aydınlatmaq və gənclərimizə daha güclü bir tarix buraxmaqdır”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov













