Parlament sədri deputatlara öz iradını bildirib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Azərbaycan Respublikasının dövlət gerbi haqqında qanun layihəsinə dəyişikliklərin səsə qoyulması zamanı maraqlı hadisə yaranıb.
Səsvermə zamanı qanuna dəyişikliklərin lehinə 94 nəfər səs verib. Bu isə Konstitusiya qanunu olduğu üçün ən azı 95 deputatın qanunu dəstəkləməsi tələb olunurdu. Lakin layihəyə 94 nəfərin səs verməsi spiker tərəfindən narazılıqla qarşılanıb. Zaldakı texniki işçilərdən birinin iclasda 105 nəfərin iştirak etdiyini deməsi isə Oqtay Əsədovu özündən çıxarıb.
O, deputatlara müraciət edərək “zalda oturmusunuzsa, səs verin”, deyə öz iradını bildirib.
www.yenicag.az