Atamın səhhətində müsbət hallar artmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün “Facebook” şəbəkəsindəki hesabında məlumat paylaşıb.
“Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin, hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidilə”, – deyə T.Gülalıyev qeyd edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Daha sonra Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.
www.yenicag.az