Orbanın 16 illik dövrü bitdi: Macarıstanın yeni lideri Bakı ilə dostluğu POZACAQ? – ANALİZ

media-hightechnic-468x90

“Macarıstanda yeganə siyasi yenilik Avropa İttifaqı ilə yaxınlaşma olacaq”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-turan_rzayevvv-4

Politoloq Macarıstanda keçirilən parlament seçkilərindən sonra siyasi səhnənin yeni fiquru Peter Magyarın (Péter Magyar) hakimiyyəti dövründə rəsmi Budapeştin Azərbaycana qarşı hansı münasibət sərgiləyəcəyinə dair proqnozlarını bölüşüb:

“Viktor Orban 16 il ərzində Macarıstanda hakimiyyətdə qaldı. Bu müddət ərzində onun əsas prioritetlərindən biri Türk dövlətləri və xüsusilə Azərbaycan idi. Bakı ilə Budapeşt arasında çox mühüm sazişlər imzalanıb. Bu əməkdaşlığın ən yadda qalan məqamlarından biri Ramil Səfərovun ölkəyə gətirilməsi prosesi olub. Sonrakı illərdə iki ölkə arasında enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsinin şahidi olduq. Macarıstan uzun illər Avropa İttifaqı (Aİ) və Avropa Şurasında (AŞ) Azərbaycana qarşı irəli sürülən sanksiya cəhdlərinə faktiki olaraq veto qoyan ölkə olub. İki ölkə arasında münasibətlər o qədər dərinləşib ki, liderlər səviyyəsində şəxsi dostluq əlaqələri də qurulub. Bu münasibətlər bir günün və ya qısa müddətin deyil, illərin gətirdiyi strateji bağlardır”.

Politoloq hesab edir ki, yeni siyasi reallıqda da Azərbaycanla olan münasibətlər mövcud xətt üzrə davam edəcək:

“Yeni liderin Azərbaycanla münasibətlərdə Orbandan fərqli bir yol izləyəcəyini düşünmürəm. Hesab edirəm ki, köhnə və yeni lider arasındakı yeganə əsas fərq Budapeştin Aİ ilə münasibətlərinin istiləşməsi olacaq. Bu prosesin isə Azərbaycanla ikitərəfli əlaqələrə ciddi mənfi təsir göstərəcəyini gözləmirəm”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05