Ordu Ali Baş Komandanın əmrini yerinə yetirdi – 20 erməni məhv edildi

media-hightechnic-468x90

prez pozici(07.08.2014)Son günlər Ermənistan ordusunun verdiyi itkilər erməni ictimaiyyətində Sərkisyan hakimiyyətinə qarşı qəzəbi daha da artırıb.

Qarabağ daşnaklarının lideri, eks-komandir, hazırda millət vəkili olan Vaan Badasyan Serj Sərkisyanın Rusiyanı Azərbaycana silah satmaqda ittiham etməsi barədə açıqlamasının ermənilərə baha başa gəldiyini bildirib.

Vaan Badasyan Azərbaycan ordusunun gücləndiyini də çəkinmədən etiraf edib.

Dünən isə cəbhə xəttində Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Bu zaman müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz qarşı tərəfə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Baş vermiş insidentə Ermənistan mətbuatı başqa cür don geyindirməyə çalışsa da Müdafiə Nazirliyimizin təxribata çox tutarlı cavabı verib.

Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub.

Erməni tərəfi 3 əsgərini öldüyünü, 4-nün isə yaralandığı təsdiqləyib. Yaralıların vəziyyəti ağır olduğundan İrəvana hospitala aparılıb. Ermənistan Silahlı Qüvvələrinin Mərkəzi Hospitalın baş həkimi Aram Asaturyan erməni mətbuatına bildirib ki, əsgərlərdən biri qarın nahiyəsindən yara alıb, digərinin əli amputasiya olunub.

Müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti qeyd etmişdi ki, erməni əsgərləri ölmək istəmirlərsə, Qarabağdan çəkilsinlər:

“Oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”.
Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan ordusu təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir: “Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq – İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq.
Ona görə biz daha da güclü olmalıyıq. Daha da güclü orduya sahib olmalıyıq. Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün deyil”.
İlham Əliyev bildirib ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur:
“Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600