“Əgər erməni icması danışıqlardan imtina etsə, Azərbaycan məcbur olub antiterror əməliyyatı keçirəcək”.
Bu fikri Qarabağ ətrafında baş verən gərginlik, gərginliyin hərbi əməliyyatlara keçmə ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.
Yusif Bağırzadə bildirib ki, Qarabağda yeni müharibənin olmasını gözləmir:
“Azərbaycan başqa dövlətin təsiri altına düşən öz vətəndaşlarını danışığa dəvət edir. Bu, Azərbaycana beynəlxalq aləmdə də müsbət imic qazandırır. Beynəlxalq aləm, təşkilatlar və bu məsələ ilə maraqlı olan dövlətlər görür ki, Azərbaycan danışıqlara hazırdır.
Vardanyan separatçı rejimdə vəzifə tutan zaman Azərbaycan bəyanat vermişdi. Bəyanatda qeyd edilmişdi ki, Vardanyan orada post tutduğu müddətdə heç bir danışıqdan söhbət gedə bilməz. Vardanyan getdi, Azərbaycan etnik ermənilərlə danışıqlara təşəbbüs göstərdi. Əgər erməni icması danışıqlardan imtina etsə, Azərbaycan məcbur olub antiterror əməliyyatı keçirəcək. Keçiriləcək antiterror əməliyyatını ordu yox, daxili işlər naziri edə bilər. O bölgə təmizlənməlidir.
Azərbaycan dövləti danışıq yolunu seçməklə yanaşı. Azərbaycan ordusu öz mövqelərini möhkəmləndirir. Ancaq bölgədə yeni müharibənin olmasını gözləmirəm. Separatçılar Azərbaycan mövqelərini atəşə tuturlar. Bu, münasibətlər normallaşana qədər davam edəcək.
Ermənilər tarix boyu başqa xalqların torpaqlarını mənimsəmək istəyiblər. Bəzən lobbi, bəzən diaspora deyirlər, ancaq onlar mafiyadır. O mafiyanın da başında erməni kilsəsi durur. Livandakı ermənilər Apostoldur, Ermənistandakıları da Qriqoryandılar. Mafiya ilə Azərbaycan dövlətinin vuruşması gedir”.
Səxavət Məmməd
www.yenicag.az