Ordumuzun şəhid olan əsgəri Tovuzda dəfn olunub

media-hightechnic-468x90

8b6555dddfa88d7ac487439335ed979bÖtən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Elşən Aydın oğlu İsmayılov bu gün dəfn edilib.

Füzuli istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Çıxış edənlər E. İsmayılovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daima canla-başla yerinə yetirdiyini bildiriblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600