!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəbdən oğurluq edənlərin ETİRAFI - VİDEO

!Reklam – Yazi

Paytaxtda yerləşən 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd, hər birinin qiyməti 700 manat olan proyektor oğurlanıb.

Yenicag.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.

Nəsimi RPİ-nin baş müstəntiqi Orxan Süleymanlı: “İstintaq zamanı müəyyən olunub ki, hadisəni törədən şəxslərdən Ruslan, tanışları Elnur və Anarla əvvəlcədən sözləşiblər. 54 saylı orta məktəbə gələrək özləri ilə gətirdikləri vint açarla içəri daxil olaraq məktəbin bufetinin kassasından 900 manat nəğd pul, ayrı-ayrı sinif otaqlarından 4 ədəd proyektor oğurlayıblar”.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismini sataraq əldə etdikləri pulu aralarında bölüblər.

Anar Sadıqov – saxlanılan şəxs: “Lənkərandan dostlarımla Bakıya gəldik. 54 saylı məktəbdən oğurluq etdik. Proyektorları 135 manata, noutbuku 110 manata, “Dvatsatı”dan televizor götürmüşdük, onu da 100 manata satdıq”.

Elnur Zeynalov – saxlanılan şəxs: “Birinci Səbail rayonunda məktəbə girdik. Noutbukla, proyektoru götürdük. “Dvatsatı”dakı məktəbdə televizor götürmüşük. Axırıncı dəfə də 54 saylı məktəbdən 4 ədəd proyektor götürdük. Oğurladıqlarımızı İnşaatçılar metrosunun yaxınlığında satdıq”.

Faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

COP29

www.yenicag.az

2099
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv