!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orxan Pamuk həddini aşdı: "Vəba gecələri"ndə Atatürkə həqarət

!Reklam – Yazi

Nobel mükafatı laureatı Orxan Pamukun son çıxan “Vəba gecələri” romanı Türkiyədə qızğın müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, işlədiyi mövzular baxımından daim tənqidə tuş gələn Orxan Pamukun son romanı olan “Vəba gecələri”ndə Kolağası Kamil obrazı ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün prototipini yaratdığı bildirilir.

Hərbi məktəbi xüsusi fərqlənmə ilə bitirmiş, incə bığlarını yuxarı darayan yaraşıqlı gənc zabit, anası ikinci dəfə evləndiyi üçün ondan incimiş, uşaq olanda qarğaları qovan, üstündə yunan əczaçının emblemi olan bayrağı dalğalandıraraq komandir, ən sonda isə prezident olmuş Kolağası Kamilin bu özəllikləri onu Atatürklə ümumiləşdirir.

Təbii ki, bütün bunları oxuduqdan sonra insanlar Orxan Pamukun nə üçün Atatürkə sataşdığı məsələsi ətrafında müzakirələrə başlayıblar.

Pamukun yaratdığı obrazla Atatürkü təhqir etdiyini düşünən insanlar yazıçının bununla ikinci Nobel mükafatı almaq istədiyini bildiriblər.

Məsələ ilə bağlı Orxan Pamuk hələlik açıqlama verməyib.

COP29

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv