Bakıda itkin düşən 78 yaşlı qadın tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə 2019-cu il dekabrın 29-da, saat 19 radələrində, paytaxtın Şüvalan qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1942-ci il təvəllüdlü Y.Qurbanova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra qadının ailə üzvləri hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qurbanovanın yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az