Özbəkistanda Böyük Səlcuqlu dönəminə aid qızıl sikkə tapıldı - FOTO

media-hightechnic-468x90

Özbəkistanın Tirmiz şəhərinin yaxınlığında Böyük Səlcuqlu İmperatorluğu dönəminə aid qızıl sikkə tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi məlumat yayıb.

Şəhər sakini Ulkan Eraliyev bağçasını sulayarkən yerdə parlayan metal görüb. Eraliyev nə olduğu ilə maraqlanmaq üçün sikkəni Tirmiz Arxeologiya Muzeyinə aparıb.

Bəlli olub ki, sikkələr Böyük Səlcuqlu İmperatorluğu dönəminə aiddir. 2 qram çəkisi olan sikkənin üzərində “Allah” və “Məhəmməd” yazılıb. Yazıların silinmək üzrə olduğu da qeyd edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600