Özgür Özel CHP parlament qrupunun sədri seçilib

media-hightechnic-468x90

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu partiyanın qərargahında iclas keçirib.

media-banner_tuq

Yenicag.az-a Türkiyə mediasının istinadən xəbər verir ki, Özgür Özel qapalı keçirilən iclasda iştirak edən 96 deputatdan 95-nin səsini alaraq yenidən CHP parlament qrupunun sədri seçilib. Bir səs isə etibarsız sayılıb.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05