!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özümü bıçaqladım, bağırsaqlarım yerə töküldü ...” – Video

!Reklam – Yazi

ARB TV-nin “Rezonans” verilişi bu dəfə Xudaverdi Verdiyev və Esmira Süleymanovanın həyat hekayəsini təqdim edib.

Esmira Süleymanova (cəzası 8 il 6 ay): “Anam evləndirdi bizi. Döyülürdüm. Yoldaşım işgəncə verirdi. Evdən çıxıb, anamla yaşamağa başladım. Yoldaşım fəhlə işləyirdi. Evə zənglər gəlirdi, başqa qızlarla danışırdı. Onların əsəbini məndən çıxırdı. Küsüb-barışırdıq tez-tez. Onu çox istəyirdim. İstəməzdim onu öldürüm. Saç ustası işləyirdim. Aramız dəymişdi və evdən getmişdim. Günlərcə barışmaq üçün arxamca düşdü. Söz verdi ki, daha vurmayacam. Barışdıq. Barışandan sonra yenə məni vurmağa başladı. 17 gün qaldım onunla və nəhayət dözmədim. Məni təpiklə durğuzub çay istəyirdi. Ayrılmaq istədiyimi deyəndə üstümə bıçaqla gəldi. Əlindəki bıçağı onun özünə vurdum. Bıçaq göbəyinə dəydi. Öləcəyini düşünmürdüm. Özüm ona kömək etdim, yarasını yudum, həkim çağırdım. Xəstə övlad dünyaya gətirdiyim üçün ailəsi mənimlə düşmən idi”.

Xudaverdi Verdiyev (cəzası 10 il): “Bir adamın qəlbinə dəyməmişəm. Nə eləmişəmsə, özümə etmişəm. Birdən-birə oldu hər şey. Çox vaxt əsəbi olanda məni danışdırmırdılar. Soyuq hava idi, odun sobası üçün odun toplayırdım. Yoldaşım acıladı məni. Dözmədim odunla 2 dənə başına vurdum, onunla da getdi. Ondan sonra özümü öldürmək istədim. Bıçaqla boğazıma vurdum bir neçə dəfə, qarnıma bıçaq soxdum, bağırsaqlarım töküldü yerə, zəhər içdim, yenə ölmədim. Övladlarım məhkəmə gəlmişdilər. Əsəbi idilər. Övladlarıma zülm etmişəm, həyatımı xaraba qoymuşam. 40 ilə yaxın birgə yaşadığım həyat yoldaşımı öldürdüm. Nəvələrim üçün darıxıram. Bura girəndən görməmişəm”.

Yenicag.az

COP29

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv