!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PA rəsmisi: “Gələcək bu gün bizim necə öyrətdiyimiz və necə öyrəndiyimizlə formalaşır”

!Reklam – Yazi

Qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvəsidir. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investisiyası hesab olunur. Belə ki, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir, bu isə, öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır. Bu gün insan kapitalının formalaşmasında əsas rolu təhsil və bilik oynayır.

Yenicag.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən konfrasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, “iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları yox, təhsildir və əhalinin intellektual səviyyəsidir.Bilikli, savadlı, Vətənə bağlı və dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır.Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil”.

“Bu gün sadə anlamda deyil, qlobal mənada nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən “Z” nəsli yetişib. “Z” nəsli qloballaşma və post-modernizm dövrünü təmsil edən ilk “rəqəmsal nəsil”dir. Onların həyata, dünyaya baxışları da internetə qədərki dövrün canlı şahidlərindən köklü şəkildə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə həyat tərzidir. Onların təhsilə münasibəti və özünü realizə üsulları da da fərqlidir. Bu isə, təbii olaraq, təhsil sistemində köklü dəyişiklikləri və yeni yanaşmaları şərtləndirir”.

S.Yusifova qeyd edib ki, bu baxımdan sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək. Artıq bu gün gələcəyin “bilik cəmiyyətinə” xas yeni təhsil sisteminin əlamətləri görünməyə başlayıb: “Müasir texnologiyaların tətbiqi, yeni hədəflər təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, təhsilin fərdiləşməsini, biliklərin qiymətləndirilməsində süni intellektdən istifadəni şərtləndirir. İstənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli, kütləvi təhsili əl çatan edən onlayn və ya distansion təhsil (“flippeduniversity”) ali təhsil sahəsində ən vacib kəşflərdən biri hesab olunur”

PA rəsmisi bildirib ki, passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ildə başa çatacaq və bu tipik təhsil modelinə çevriləcək: “Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisəsinin rəqabət qabiliyyətliliyini və uğurunu müəyyənləşdirən faktorlardan birinə çevriləcək. Qeymifikasiya, immersiv təhsil təhsil alanların motivasiya problemini, tədris vəsaitlərinin köhnəlməsi problemini həll edəcək. Böyük həcmdə informasiyanın əl çatan olması informasiya ilə işləmək, seçmək vərdişi və tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz (lifelong learning) olacaq. Big data-ların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək. Tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq. Diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək. Biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək, onları müəyyən vərdiş və salahiyyətlərin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəz edəcək. Bilik retranslyatoru olan müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar, diaqnostlar əvəz edəcək. Biliklərin retronslyasiyasından biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək”.

S.Yusifova əlavə edib ki, gələcək təhsil işəgötürənlə işəgötürülən arasında distansiyanı aradan qaldıracaq, təhsil xidmətləri bazarı isə daha çevik olacaq.

“Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük korporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və kompetensiyaları “sifariş verəcək”. Kollektiv intellekt tələb olunan təşkilatlar peşəkar birliklər yaratmaqla ənənəvi universitetlərlə rəqabət aparacaq. Yeni transmilli əmək bazarı formalaşacaq”.

Onun sözlərinə görə, gələcəkdə daha çox tələbat olacaq sahələr elektronika, fizika, biokimya, genetika, proqramlaşdırma olacaq, yeni peşələr data-mühəndislik, müasir neft hesab olunan bigdata üzrə mütəxəssilər, datascientist-lər, kvant alqoritmləri üzrə mütəxəssislər, neyron şəbəkələrinin memarları peşələri adi məhfumlara çevriləcək. Lakin zamandan asılı olmayaraq, yaradıcılıq və kreativliyə, tənqidi düşüncəyə, emosional intellektə və ömür boyu öyrənmək bacarığına ehtiyac olacaq.

PA rəsmisi, həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq, təhsil sahəsində dövlətin rolu azalmaq istiqmətində gedəcək. Lakin iqtisadi potensalını gücləndirməyi hədəfləyən dövlətlər insan kapitalının formalaşmasında aparıcı rolunu saxlamalıdır. Dövlət özəl sektorla əməkdaşlıqda əsasən sürətli texnoloji dəyişiklilərə adaptasiya olunmuş çeviktəhsil infrastrukturunu formalaşdırmalı, cəmiyyətin kövrək təbəqələri üçün təhsilin əlçatanlığını təmin etməli, daxili və qlobal bazarda rəqabətqabiliyyətli təhsil xidmətləri göstərənlərin meydana çıxması üçün şərait yaratmalıdır.

“Bu baxımdan təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafına adaptasiya olunmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir. Təhsil sistemində, xüsusilə qəbul imtanahlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi vardır. Azərbaycan MDB məkanında bu sahədə pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahan modelində yeniliklər də məhz bu kontekstdə nəzərdən keçirilməlidir”.

S.Yusifova xatırladıb ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyinin öyrənilməsi sahəsində ixtisaslaşan bir qurum kimi, buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin effektivlik və səmərəlilik dərəcəsini, cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün ictimai rəy sorğusu keçirib.

“Bu, yeni qiymətləndirilmə modelinin cəmiyyət tərəfindən necə qəbul edilməsi ilə yanaşı, həm də qərarvermə prosesinə, tədris proqramlarının, metodologiyalarının tərtibinə də təsir göstərəcək. Yeni metodların axtarışı, innovasiyaların tətbiqi sabahın “bilik cəmiyyətinə” daha da yaxınlaşmağa imkan verəcək. Texnologiyalar çox sürətlə dəyişir. 5-10 ildən sonra hansı yeniliklərin olacağını proqnozlaşdırmaq çətindir. Gələcək bu gün bizim necə öyrətdiyimiz və necə öyrəndiyimizlə formalaşır. Gələcəyin təhsili əslində qacetlərlə, tətbiqlərlə, proqamlarla deyil, yaradıcılıq potensialı ilə, kreativliklə, tənqidi düşüncə ilə müəyyən ediləcək”.

COP29

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv