Pakistan Ukraynaya yeni silahlar verəcək

media-hightechnic-468x90

Pakistan Ukraynaya 155 mm-lik artilleriya mərmiləri və digər döyüş sursatları olan 159 konteyner verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

“Vesuvius 155 mm-lik mərmilər, M4A2 mərmiləri, M82 artilleriya podları və PDM detonatorları daşıyacaq. Onlar İslamabadda yerləşən silah təchizatçısı DMI Associates tərəfindən Şərqi Avropanın müdafiə şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmin ediləcək”, – deyə məlumatda bildirilir.

Bunun müqabilində Pakistan Ukraynadan Mi-17 helikopterlərinin modernləşdirilməsində, həmçinin 320 T-80UD tankından ibarət donanmanın təmirində kömək alacağını gözləyir. Nəşrin məlumatına görə, Pakistan helikopterləri ilə təyyarə mühərrikləri və sənaye dəniz qaz turbinləri istehsal edən Ukrayna şirkəti məşğul olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600