Pakistanın qərbindəki Bəlucistan vilayətində güclü qar və leysan yağışları yağmaqda davam edir.
Yenicag.az xəbər verir ki, müxtəlif bölgələrdə yağan yağıntılar nəticəsində 14 nəfər ölüb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Kvetta beynəlxalq hava limanında uçuşlar təxirə salınıb. Qar və leysan yağışlarının azı bir neçə gün də davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Bəlucistanda son günlər ərzində yağıntının miqdarı 20 il əvvəl qeydə alınmış rekordu qırıb.
www.yenicag.az