Palmir İŞİD-in əlinə keçdi

media-hightechnic-468x90

95582Suriya xalqının tarixi mirası olan Palmir İŞİD-in əlinə keçib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın qədim və gözəl tarixi abidəsi kimi UNESCO tərəfindən Bəşəriyyətin Ümumdünya Mədəni İrs Siyahısına daxil edilən şəhər üçün artıq bir neçə gün öncə UNESCO həyəcan təbili çalmağa başlayıb. Ancaq uzun qarşıdurmalardan sonra Suriya ordusunun geri çəkilməsi ilə Palmir İŞİD terror qrupunun əlinə keçib. 100-ə yaxın əsgərin öldürüldüyü döyüşlərdən sonra bir neçə dövlət qrumu da terrorçuların nəzarəti altına düşüb. Əhalisinin sayı 65 min olan şəhərdən 1500 nəfərin qaçdığı bildirilib. Palmirin işğalı ilə artıq Suriyanın yarısını ələ keçirən İŞİD, Suriyada 95 min kv.km-dən daha çox ərazini nəzarət altına alıb.

Suriya Antik Qurumunun başçısı Mamun Abdulkərim qorumaq üçün Palmirdən heykəllərin daşındığını deyib: “Daşımağa 2 ay əvvəl başlanılıb. Ancaq məbədlər və sütünların daşınması mümkün deyil. Onlar şəhəri məhv edəcək. Bu dünya mədəniyyətinə vurulan çox ağır zərbədir”.

Onu da qeyd edək ki, İŞİD medianın diqqətinin Palmirdə olduğunu bildiyi üçün, bunu böyük təbliğat kimi dəyərləndirir və şəhəri dağıdacağını deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600