!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Papa Vatikandakı 32 min din xadimindən 8 mininin homoseksual olduğunu etiraf etmişdi” – Azərbaycanlı ilahiyyatçı

!Reklam – Yazi

“Onların mütləq əksəriyyəti bu işlərlə məşğul olduqları üçün hamısı kimin kim olduğunu yaxşı bilirlər və səslərini çıxarmırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Pensilvaniya ştatında 300-dən çox katolik rahibin minlərlə azyaşlıya qarşı seksual zorakılığa yol verməsinə münasibət bildirən ilahiyyatçı Hacı Nizami Rza deyib.

Hacı Nizami Rzanın sözlərinə görə, katolik din xadimlərinin, o cümlədən bir çox siyasətçilərin uşaqbazlıq və homoseksuallığa meyllənmələrinin kökü qədim dövrlərə uzanır:

“Əslində, bu kimi hallar xristian dünyası və katolik kilsəsi üçün yenilik deyil – belə neqativ, qeyri-əxlaqi halların tarixi çox qədimlərdən başlayır. Nisbətən yeni dövrə baxsaq, bolşevizmin lideri Vladimir Leninin özü də uşaqbaz və homoseksual olub. Hətta Leninin xanımı Nadejda Krupskaya ərini yataqda oğlan uşaqları ilə tutub və qeyzlənərək bacısının yanına qaçıb. Lakin Stalinin əmri ilə onu yenidən geri qaytarıblar.

Belə halları nə ilə izah etmək olar? Açıq deyək ki, burada məsələ tək əxlaq aşınmasında deyil. Qədim dövrlərdə belə bir inanc vardı ki, azyaşlılarla, xüsusilə, oğlan uşaqları ilə cinsi əlaqədə olmaq insanın həyat enerjisini artırır, onlarda qocalma prosesini ləngidən, ölən hüceyrələri bərpa edən endorfin maddəsini artırır. Bu tendensiyanın belə vüsət almasının bir səbəbi də bununla izah oluna bilər.

Hətta bundan əvvəlki Roma Papası XVI Benedikt də taxta çıxdıqdan sonra Vatikandakı 32 min din xadimindən 8 mininin uşaqbaz və homoseksual olduğunu etiraf etmişdi.

Yəni bu hallar katoliklərin ali rəhbərliyinə də məlumdur. Bəs niyə qarşısı alınmır? Təsəvvür edin ki, bir dəstə rüşvətxor yığışıb və rüşvətin kökünün kəsilməsindən danışırlar, hamısı da bu təklifi dəstəkləyirlər. Yaxud da, əlli oğru bir yerə toplanır və oğurluğun cinayət olduğunu bəyan edir. Əslində isə rüşvətxorlar da, oğrular da öz naqis əməllərindən əl çəkmirlər.

Kilsələrdəki həmin halları da bu aspektdən qiymətəndirə bilərik. Çoxu da olmasa, mütləq əksəriyyəti bu işlərlə məşğul olduqları üçün hamısı kimin kim olduğunu yaxşı bilirlər və səslərini çıxarmırlar. Yəqin ki, bu kimi hallar da həmin ənənələrin davamı kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Pensilvaniya ştatındakı 6 katolik Yeparxiyasına (Allentaun, Eri, Qrinsberq, Harrisberq, Pittsburq və Skranton) məxsus kilsələrdə din xadimlərinin əsasən, azyaşlılara qarşı seksual zorakılıq hərəkətlərinə dair geniş hesabat açıqlanıb.

Məlumata görə, 1300 səhifədən ibarət olan hesabatda 300-dən çox katolik rahibin yetkinlik yaşına çatmamış 1000-dən çox şəxsə qarşı müxtəlif xarakterli seksual zorakılıq hərəkətlərinə yol verdikləri bildirilib. Rahiblərin cinayətləri sırasına zorlama, aborta məcburetmə, uşaq pornoqrafiyası və digər qanunsuz hərəkətlər daxildir.

A.Zeynalov

COP29

www.yenicag.az

3943
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv