Papoyan: "Bakı və Ankara məqsədlərinə çatıb"
Türkiyə və Azərbaycan artıq öz məqsədlərinə nail olublar.
Yenicag.az armenian news-a istinadla xəbər verir ki, bunu sentyabrın 29-da parlamentin Avrasiya inteqrasiyası və regional məsələlər üzrə daimi komissiyasının iclasında Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
Onun sözlərinə görə, Bakı və Ankara Ermənistanı zəiflətmək, iqtisadi cəhətdən neytrallaşdırmaq və nəhayət öz məqsədlərinə nail olmaq məqsədi ilə onunla sərhədlərini bağlayıblar. Sezar pizza
Papoyan vurğulayıb ki, əgər Ermənistanda kimsə əvvəlki siyasəti davam etdirmək və öz dövlətini tamamilə məhv etmək istəyirsə, o zaman buna qarşı çıxacaq və qarşısını almaq üçün əlindən gələni edəcək:
“Mən Ermənistan-Türkiyə sərhədinin açılması və Ermənistan iqtisadiyyatının inkişafı üçün hər şeyi edəcəyəm”.